30/07/2026

Daha bir baş həkim vəzifəsindən azad edilib

Paytaxtın Xətai rayonunda yerləşən 7 saylı Şəhər poliklinikasının baş həkimi Şəlalə Zakir qızı Səfərova vəzifəsindən azad edilib.

İctimai.az “Unikal”a istinadən xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb.

Hələlik baş həkim vəzifəsinə yeni təyinat olmayıb.

Oxşar xəbərlər