“Bakı Metropoliteni” QSC-nin “qırmızı” və “yaşıl” xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə avqustun 15-də start verilir.
İctimai.az xəbər verir ki, bu barədə “Bakı Metropliteni” QSC məlumat yayıb.
Bu müddət ərzində “Dərnəgül” istiqamətindən hərəkət edən qatarlar “Nizami” stansiyasına qədər hərəkət edəcək.
Bildirilib ki, xətlərin ayrılması layihəsi Bakı metropoliteninin gələcək inkişafı üçün seçim deyil, strateji zərurətdir.

