04/08/2026

“Nizami” – “28 May” arasında avtobuslar pullu olacaq – RƏSMİ

“Bakı metrosunda “qırmızı” və “yaşıl” xətlərin ayrılması ilə bağlı “Nizami” və “28 May” stansiyaları arasında fəaliyyət göstərəcək əlavə avtobuslar ödənişli olacaq”.

Bu barədə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bu gün keçirdiyi brifinqdə deyib.

O bildirib ki, avtobuslar arasında interval 2 dəqiqə 30 saniyə olacaq.

Prosesə avqustun 15-dən start veriləcək.

Oxşar xəbərlər