12/08/2026

Bakıda sərnişin avtobusu qəzaya uğradı

Paytaxtın Nizami rayonu ərazisində – “Koroğlu” metro stansiyasının qarşısında marşrut avtobusu qəzaya düşüb.

İctimai.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 160 saylı xətt üzrə hərəkət edən “İsuzu Citiport” markalı avtobus idarəetmədən çıxaraq dayanacağa çırpılıb.

Nəticədə, nəqliyyat vasitəsinə və dayanacağa ciddi zərər dəyib.

Hadisə zamanı xəsarət alan olmayıb.

Oxşar xəbərlər