17/08/2026

Azərbaycan Hava Yolları Atırauya ilk reysini həyata keçirib

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Qazaxıstanın Atırau şəhərinə ilk uçuşunu həyata keçirib.

İctimai.az xəbər verir ki, yeni marşrut Azərbaycanla Qazaxıstan arasında hava nəqliyyatı əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Yeni istiqamətin işgüzar və turizm səfərlərinin artmasına, eləcə də iki ölkə arasında iqtisadi və humanitar əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyi gözlənilir.

Bakı–Atırau–Bakı marşrutu üzrə uçuşlar həftədə dörd dəfə – bazar ertəsi, çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcək.

Yeni marşrut sərnişinlərə Qərbi Qazaxıstanın əsas iqtisadi mərkəzlərindən biri olan Atırauya birbaşa və rahat səyahət imkanı yaradacaq.

Qeyd edək ki, Qazaxıstan AZAL-ın beynəlxalq uçuş şəbəkəsində prioritet istiqamətlərdən biridir. Aviaşirkət iki ölkə arasında artan sərnişin tələbatını nəzərə alaraq Qazaxıstan üzrə uçuş coğrafiyasını genişləndirir.

Yeni istiqamətin istifadəyə verilməsi Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında hava nəqliyyatı əlaqələrinin inkişafına da əlavə imkanlar yaradacaq.

Atırau istiqamətinə biletləri AZAL-ın rəsmi internet səhifəsi, mobil tətbiqi, aviaşirkətin kassaları və akkreditə olunmuş agentliklər vasitəsilə əldə etmək mümkündür.

6a82e425a099c6a82e425a099d17869629806a82e425a09996a82e425a099b
6a82e4257cc9e6a82e4257cc9f17869629806a82e4257cc9b6a82e4257cc9c
6a82e4255bbfa6a82e4255bbfb17869629806a82e4255bbf86a82e4255bbf9
6a82e425390d26a82e425390d317869629806a82e425390cf6a82e425390d0
6a82e424e80856a82e424e808617869629806a82e424e80826a82e424e8084

Oxşar xəbərlər