Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli tutduğu vəzifədən azad edildiyi bildirilib.
İctimai.az xəbər verir ki, ötən gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin işdən çıxarılması ilə bağlı məlumat yayılmışdı.
Bakıvaxtı.az xəbər verir ki, A.Nəcəfli məlumatı dəqiqləşdirmək üçün onunla əlaqə saxlayan jurnalistlərə “yollarla bağlı sorğunuz varsa, buyurun”, – deyə bildirib.
Beləliklə, AAYDA-nın Mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin tutduğu vəzifədən azad edilməsi barədə yayılan xəbər təsdiqini tapmayıb.

