10/09/2026

ANAMA əməkdaşı minaya düşdü

Xocalı rayonunda Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı minaya düşüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Daşkənd kəndi ərazisində baş verib.

Qurumun əməkdaşı ərazidə minatəmizləmə işləri apararkən mina partlayışı baş verib. Hadisə nəticəsində o xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər