Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
İctimai.az President.az-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, Ayaz Əsgərov “Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq rəhbəri Arif Əsgərovun qardaşıdır. Bundan əlavə, vəzifəsindən azad edilən icra başçısı daha əvvəl Qazax rayonuna da rəhbərlik edib.

