23/09/2026

Bakı-Sumqayıt yolunda yük avtomobili maşının üzərinə aşdı, ölən var

23.09.2026-cı il tarixində saat 12:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı-Sumqayıt yolu, Xırdalan dairəsi ərazisindən çağırış qeydə alınıb. 

Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Başın və bədənin səthi travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, vəziyyət stabil qiymətləndirilir.

Qeyd edək ki, təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb.

Oxşar xəbərlər