30/09/2026

Ağalıda müasir texnikalar nümayiş etdirildi

Qarabağda işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı sahəsində ilk dəfə genişmiqyaslı texnika sərgisi təşkil olunub.

İctimai.az xəbər verir ki, Zəngilan rayonunun Ağalı kəndində keçirilən sərgidə kənd təsərrüfatında istifadə olunan müasir texnika və avadanlıqlar nümayiş etdirilir.

Sərgi azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafına, müasir texnologiyaların tətbiqinə və fermerlərin yeni texnika imkanları ilə tanış olmasına mühüm şərait yaradır.

Ağalıda keçirilən bu tədbir həm də Qarabağda həyatın yenidən qurulmasının, torpaqların kənd təsərrüfatı dövriyyəsinə qaytarılmasının və müasir aqrar imkanların formalaşdırılmasının daha bir əyani göstəricisidir.

Sərgidə nümayiş etdirilən texnikalar iştirakçıların böyük marağına səbəb olub.

image-20260930_122103
image-20260930_122123
image-20260930_121325
image-20260930_121402
image-20260930_121357
image-20260930_121257
image-20260930_121249

Oxşar xəbərlər