30/09/2026

Mühasibatlıq və Vergi Üzrə 5 Aylıq Peşə Hazırlığı Proqramı Uğurla Başa Çatdı

Gənc Mühasiblər İctimai Birliyi (GMİB) və Dövlət Məşğulluq Agentliyinin əməkdaşlığı çərçivəsində təşkil olunan növbəti qrup peşə hazırlığı təlimi uğurla başa çatmışdır.

Mühasibatlıq və vergi sahəsində kadr hazırlığına dəstək göstərmək məqsədilə həyata keçirilən 5 ay müddətindəki təlim proqramının yekununda test-imtahan mərhələsi təşkil edilmişdir. İmtahanı uğurla başa vuran məzunlar mühasibatlıq və vergi uçotu üzrə praktiki bilik və bacarıqlara yiyələnərək əmək bazarına hazır vəziyyətə gəlmişlər.

Gənc Mühasiblər İctimai Birliyi olaraq proqramı uğurla bitirən bütün məzunlarımızı təbrik edir və onların gələcək peşəkar fəaliyyətlərində bol uğurlar arzulayırıq.

Oxşar xəbərlər