Gənc Mühasiblər İctimai Birliyi tərəfindən 9 dekabr 2025-ci il tarixində Bakı şəhərində, IBIS Oteldə kiçik və orta sahibkarların, dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə Forum keçirilmişdir.
Tədbirin açılışında “Gənc Mühasiblər” İctimai Birliyinin icraçı direktoru Qərənfil Rəhman Süleymanova çıxış edərək Forumu açıq elan etmiş və tədbirin gündəliyi barədə iştirakçılara ətraflı məlumat vermişdir.
Daha sonra Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyeva və İqtisadiyyat Nazirliyinin nümayəndəsi Mirəli Kazımov çıxış edərək üç tərəfli əməkdaşlıq platformasının əhəmiyyətini vurğulamışlar.
Forum çərçivəsində təşkil olunan 1-ci paneldə “2025-ci ilin yekunları – Dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarının birgə fəaliyyəti” mövzusu ətrafında geniş müzakirələr aparılmış, tərəflər arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi həyata keçirilmişdir.











