9 dekabr 2023-cü il tarixində Bakı şəhərində maliyyə və mühasibatlıq sahəsində fəaliyyət göstərən aparıcı qurumların nümayəndələrinin və ekspertlərinin iştirakı ilə “Mühasiblərin işgüzar səhər yeməyi görüşü” keçirilmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova, NMR Maliyyə Tədris Mərkəzinin baş mühasibi Anar Həsənov, Gənc Mühasiblər İctimai Birliyi (GMİB), Bakı Hesabat Mərkəzi, İqtisadi Araşdırmalar Tədris Mərkəzi (İATM) və digər nüfuzlu təşkilatların mütəxəssisləri bir araya gəlmişlər.
İşgüzar görüş çərçivəsində Azərbaycan Respublikasında Mühasibat uçotunun təşkilinin müasir vəziyyəti, sahənin inkişaf səviyyəsi, mövcud problemlər və onların həlli yolları barəsində geniş müzakirələr aparılmış, ixtisaslaşmış təşkilatlar arasında təcrübə mübadiləsi həyata keçirilmişdir.







