Qəzənfər Abdullayev Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri vəzifəsindən azad edilib.
Oxu.Az-ın məlumatına görə, oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının iclası keçirilib və sədrin vəzifədən azad edilməsi məsələsinə baxılıb.
Qərara əsasən, Qəzənfər Abdullayev vəzifəsindən azad edilib. Sədr vəzifəsinin icrası yeni təyinatadək sədr müavini Xatirə İbrahimliyə həvalə olunub.
Qeyd edək ki, Qəzənfər Abdullayev bundan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı mandatından məhrum edilib.

