Abşeron rayonunun Masazır kəndində baş verən yol-nəqliyyat hadisəsində həlak olan şəxslərin kimliyi bilinib.
İctimai.az xəbər verir ki, hadisə Masazır-Novxanı avtomobil yolunda qeydə alınıb. Mürsəlli Araz Yusif oğlunun idarə etdiyi “KIA Rio” avtomobili ilə motosikletin toqquşması zamanı ikitəkərli nəqliyyat vasitəsində olan 2005-ci il təvəllüdlü Allahverən Rasim oğlu Məlikov və 2007-ci il təvəllüdlü Fərid Zamin oğlu Yusifzadə dünyasını dəyişiblər.
Faktla bağlı cinayət işi başlanılıb.

