Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Dünya Azərbaycanlıları” Gənclərin İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Hədəf: Azərbaycan Gənclərinin COP29 Missiyası” layihəsi çərçivəsində “İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın rolu” mövzusunda konfrans təşkil olunub.
Konfrans çərçivəsində “İqlim dəyişikliyi ilə mübarizədə gənclərin maarifləndirilməsi” mövzusunda panel müzakirəsi keçirilib. Müzakirələr zamanı iqlim dəyişikliyi ilə bağlı məlumatlılığın artırılması və gənclərin bu istiqamətdə maarifləndirilməsinin əhəmiyyəti diqqət mərkəzində olub.
Tədbir çərçivəsində, həmçinin layihə daxilində təşkil olunan “Yaşıl Ölkəm” foto müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Qeyd edək ki, “Yaşıl Hədəf: Azərbaycan Gənclərinin COP29 Missiyası” layihəsi gənclərin ekoloji məsələlərə dair məlumatlılığının artırılması və iqlim dəyişikliyi ilə mübarizədə onların fəal iştirakının təşviqinə yönəlib.


