15/10/2026

WAY nümayəndələri Azərbaycanın Tacikistandakı Səfirliyində olublar

23–27 dekabr tarixlərində Düşənbə şəhərində səfərdə olan Dünya Azərbaycanlıları Gənclər Təşkilatının (WAY) nümayəndələri dekabrın 26-da Azərbaycanın Tacikistandakı Səfirliyində səfirin müşaviri Nurçin Əliyevlə görüşüblər.

Görüş zamanı gənclərin elmi fəaliyyəti və beynəlxalq əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər gənclərin elmi sahədə inkişafı və beynəlxalq əlaqələrinin genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Oxşar xəbərlər