15/10/2026

“Digital Diplomatlar” layihəsinin son görüşü keçirilib

Dünya Azərbaycanlıları Gənclər Təşkilatının (WAY) təşkilatçılığı ilə həyata keçirilən “Digital Diplomatlar” layihəsinin sonuncu görüşü Milli Məclisin deputatı Naqif Həmzəyevin iştirakı ilə baş tutub.

Görüş çərçivəsində “Rəqəmsal nüfuz və diplomatiya” mövzusunda müzakirələr aparılıb. Rəqəmsal mühitin diplomatiyadakı əhəmiyyəti, texnologiyaların şəxsi nüfuza təsiri və sosial medianın ictimai rəyin və qərarların formalaşmasındakı rolu əsas müzakirə istiqamətləri olub.

Naqif Həmzəyev gənc digital diplomatlarla fikir mübadiləsi aparıb, iştirakçıların suallarını cavablandırıb və öz təcrübəsini bölüşüb. Görüş zamanı gənclər rəqəmsal diplomatiyanın imkanları, müasir kommunikasiya vasitələrinin əhəmiyyəti və rəqəmsal platformalarda nüfuzun formalaşdırılması ilə bağlı mövzular ətrafında müzakirələrdə iştirak ediblər.

Layihənin yekun görüşü gənclərin rəqəmsal diplomatiya sahəsində biliklərinin genişləndirilməsi və bu istiqamətdə yeni yanaşmaların öyrənilməsi baxımından əhəmiyyətli olub.

Qeyd edək ki, “Digital Diplomatlar” layihəsi gənclərin diplomatiya, beynəlxalq münasibətlər və rəqəmsal kommunikasiya sahələrində bilik və bacarıqlarının inkişafına, eləcə də təcrübəli mütəxəssislərlə fikir mübadiləsinin aparılmasına şərait yaratmaq məqsədi daşıyır.

Oxşar xəbərlər