Azərbaycan Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi Gənclərin Maarifləndirilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə, Gənclərin Elmi Araşdırmalar Mərkəzinin və “Qarabağ” Gənclər Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən Böyük Qayıdış Proqramı çərçivəsində işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən bərpa və yenidənqurma prosesinə mənəvi dəstək məqsədi daşıyan “Qarabağ işığı: Qarabağlı Müəllimin Qayıdışı” layihəsinin növbəti mərhələsi uğurla yekunlaşıb.
Layihə çərçivəsində ərsəyə gələn eyniadlı ekran işinin çəkilişlərinin əsas hissəsi tamamlanıb.
Layihənin əsas məqsədi Qarabağda təhsil infrastrukturunun yenidən qurulmasında müəllimlərin misilsiz rolunu vurğulamaq, gənc nəslin keyfiyyətli təhsil almasına və mədəni irsin qorunmasına ictimai dəstəyi gücləndirməkdir.


