Azərbaycan Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi Gənclərin Elmi Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə, Gənclərin Maarifləndirilməsinə Kömək İctimai Birliyi və “Qarabağ” Gənclər Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən “Məktəblilərin Kibertəhlükəsizlik Akademiyası” qrant layihəsi çərçivəsində açılış mərasimi baş tutub.Layihə çərçivəsində məktəblilərin kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması, onların rəqəmsal mühitdə qarşılaşa biləcəkləri risklərə qarşı maarifləndirilməsi və təhlükəsiz internet istifadəsi vərdişlərinin formalaşdırılması nəzərdə tutulur. Layihə çərçivəsində iştirakçı məktəblilər üçün nəzəri və praktiki məşğələlər, interaktiv təlimlər, maarifləndirici sessiyalar və videodərsliklərin təşkili planlaşdırılır.Xatırladırıq ki, “Məktəblilərin Kibertəhlükəsizlik Akademiyası” qrant layihəsi Mehriban Rzayeva tərəfindən Gəncə şəhəri, 45 nömrəli xüsusi məktəbdə həyata keçirilir. Layihənin əsas məqsədi məktəblilərin rəqəmsal savadlılığını artırmaq, kibertəhlükəsizlik sahəsində ilkin bilik və bacarıqlar qazandırmaq və onların təhlükəsiz rəqəmsal mühitdə formalaşmasına töhfə verməkdir.
“Məktəblilərin Kibertəhlükəsizlik Akademiyası” qrant layihəsi çərçivəsində açılış mərasimi baş tutub

