Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti (MTX) Azərbaycan vətəndaşının Ermənistanla dövlət sərhədini keçməsi barədə yayılan xəbərləri rəsmən təsdiqləyib.
Bu barədə Oxu.Az Ermənistan mediasına istinadən məlumat verir.
“Oktyabrın 19-da saat 17:50-də Ermənistan Respublikası ərazisində (Tavuş vilayətində) Azərbaycanın Tovuz rayonunun Çatax kənd sakini, 1968-ci il təvəllüdlü Yaşar Əli oğlu Qasımov aşkar edilib. Aparılan araşdırmalar nəticəsində onun yolu azdığı məlum olub”, – deyə qurumun yaydığı məlumatda qeyd olunub.
MTX-dən bildirilib ki, hazırda Azərbaycan vətəndaşının öz evinə qaytarılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir.

