23/10/2026

Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirilib.

Oxu.Az-ın məlumatına görə, sənətçinin səhhətində problem yaranıb.

İlkin məlumata əsasən, onun arterial təzyiqi yüksəlib. N.Allahverdiyevanın xəstəxanaya yerləşdirilməsinin dəqiq səbəbi hələlik məlum deyil.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Oxşar xəbərlər