Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral vəzifəsindən azad edildiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, o bu barədə jurnalistlə telefon danışığında bildirib.
“Bəli. Biz vəzifələrlə mövcud deyilik. Cənab prezidentimiz məni bu vəzifəyə gətirmişdi, onun göstərişi ilə ayrıldım. Heç kimdən incikliyim yoxdur”, – Saral deyib.
Azərbaycanla bağlı açıqlamalarına görə vəzifədən azad edilib-edilmədiyi barədə suala isə Saral “Bəli, elə görünür” cavabını verib.
O, fikirlərini belə tamamlayıb:
“Əsas olan Türkiyə Cümhuriyyətidir. Əsas olan cənab prezidentimizin uğurudur”.

