29/10/2026

Azyaşlıların Hüquqi Maariflənməsinə Kömək İctimai Birliyi Yevlaxda tədbir keçirdi

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maluyyə dəstəyi ilə Azyaşlıların Hüquqi Maariflənməsinə Kömək İctimai Birliyi məktəblilər araslnda yol hərəkət nişanlarının öyrədilməsi məqsədi ilə “Qaydalara əməl et, özünü qoru” layihəsi ilə 9 oktyabr tarixində  Yevlax şəhər 2 saylı məktəbdə tədbir keçirib.

İctimai.az xəbər verir ki, tədbirin məqsədi uşaqlara yol hərəkət nişanlarının öyrədilməsi, avtomobil yolundan  keçərkən   özlərinin  təhlükəsizliyini necə qorumaları haqqlnda maarifləndirici söhbətlər aparmaqdan ibarət olub.

Tədbiri məktəbin direktoru Sədaqət xanım açaraq, tıdbir haqqında uşaqlara qısa məlumat verdi.

Dövlət himni səsləndi.

Azyaşlıların Hüquqi Maariflənməsinə Kömək İctimai Birliyin sədri Nazlı Zeynalova məktəblilərə  latihənin məqsədi və əhəmiyyəti haqqında məlumat verdi.

Tədbirdə  iştirak edən Milli Qəhrəman Fariz Mədətov, Yevlax rayon Yol Polisi əməkdaşları  F. Hüseynov,  Mübariz Məmmədov, hüquqşünas ekspert Fariz Əkbərov  çıxış etdilər. Onlar tədbirdə iştirak edən 30 dan çix məktəblinin  yok nişanları haqqında verdikləri  suallara geniş məlumat verdilər.

Tədbirdə məktəblilərlə ,,Yol hərəkət  nişanları haqqlnda nə bilirsən”  mövzusunda uçaqlara suallar verildi. Uşaqlar həvəslə  bildikləri yol hərəkət nişanları haqqında cavab verdilər.

Məktəbin direktoru Sədaqət xanım belə xeyirxah  tədbirin onların məktəbində keçirdikləri üçün  İctimai Birliyin sədri Nazlı xanıma təşəkkür etdi.

Sonda  İctimai Birliyin sədri N. Zeynalova  tədbirin keçirilməsi üçün onlara yaradılan  yüksək şəraitə görə Yevlax Təhsil Sektoruna, məktəbin direktoru Sədaqət xanıma, fəal iştirak etdikləri üçün məktəblilərə təşəkkür etdi.

Oxşar xəbərlər