01/11/2026

Güclü ailə, sağlam cəmiyyət və təhlükəsiz gələcək deməkdir

15 May – Beynəlxalq Ailə Günü münasibətilə Mərhəmət Ocağı Qadın və Uşaqların Sosial İnkişafına Yardım İctimai Birliyi ailə institutunun möhkəmləndirilməsi, valideyn məsuliyyətinin artırılması və uşaqların sağlam ailə mühitində böyüməsinin əhəmiyyəti ilə bağlı bəyanat yayıb.
Təşkilatın rəhbəri Eliza İsmayılova qeyd edib ki, ailə uşağın şəxsiyyət kimi formalaşdığı, ilkin sosial münasibətləri öyrəndiyi və mənəvi dəyərləri mənimsədiyi əsas mühitdir.Onun sözlərinə görə, ailələrin sosial rifahının qorunması, valideynlərin maarifləndirilməsi və çətin həyat şəraitində olan ailələrə vaxtında dəstək göstərilməsi uşaqların müdafiəsi baxımından xüsusi əhəmiyyət daşıyır.
“Uşağın sağlam inkişafı üçün yalnız maddi təminat kifayət deyil. Sevgi, diqqət, qarşılıqlı hörmət, təhlükəsizlik və valideyn məsuliyyəti də onun gələcəyini müəyyən edən mühüm amillərdir. Ailəyə göstərilən sosial dəstək əslində uşağın gələcəyinə qoyulan sərmayədir”, – deyə təşkilat rəhbəri bildirib.

İctimai Birlik xüsusilə aztəminatlı ailələrin, sosial risk qrupunda olan uşaqların və dəstəyə ehtiyacı olan valideynlərin problemlərinə diqqətin artırılmasını vacib hesab edir.Təşkilat dövlət qurumlarını, vətəndaş cəmiyyətini və ictimaiyyəti ailələrin sosial müdafiəsinin gücləndirilməsi, valideynlik bacarıqlarının inkişafı və uşaqların ailə mühitində təhlükəsiz böyüməsi istiqamətində əməkdaşlığa çağırır.
Ailə dəyərlərinin qorunması və uşaqların rifahının təmin edilməsi hər birimizin ortaq məsuliyyətidir.

Oxşar xəbərlər