1–2 oktyabr 2026-cı il tarixlərində Bakıda keçirilən CAMCA Regional Forum 2026-da Mərhəmət Ocağı Qadın və Uşaqların Sosial İnkişafına Yardım İctimai Birliyinin əməkdaşı Emin Mehdizadə iştirak edib.
Forum Mərkəzi Asiya, Monqolustan, Cənubi Qafqaz və Əfqanıstanı əhatə edən regionda dialoq, əməkdaşlıq və davamlı iqtisadi inkişafın təşviqinə həsr olunub.
Tədbirdə dövlət, biznes, akademik dairələr və vətəndaş cəmiyyəti nümayəndələri bir araya gəlib, iqtisadi inkişaf, təhlükəsizlik, idarəetmə, innovasiya və regional əməkdaşlıq kimi mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mərhəmət Ocağı Qadın və Uşaqların Sosial İnkişafına Yardım İctimai Birliyi olaraq bu mühüm regional platformada iştirak etməkdən məmnunuq.


