Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub.
İctimai.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub.
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə hələlik təyinat olmayıb.

