09/11/2026

Peşəkar Psixoloqlar İctimai Birliyinin nümayəndələri qanvermə aksiyasında iştirak edib



Azərbaycan Milli QHT Forumunun üzvləri tərəfindən İlahiyyat İnstitutunda Aşura günü ilə əlaqədar ənənəvi qanvermə aksiyası təşkil olunub.

Aksiyada Peşəkar Psixoloqlar İctimai Birliyinin nümayəndələri də iştirak edərək qanvermə təşəbbüsünə dəstək göstəriblər.

Ümumilikdə 50-dən çox QHT təmsilçisinin qatıldığı aksiyaya dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, könüllü birliklərin və ictimaiyyətin nümayəndələri qoşulublar.

Qanvermə aksiyasının əsas məqsədi qan ehtiyacı olan insanlara dəstək olmaq, könüllü donor fəaliyyətini təşviq etmək və cəmiyyətdə humanizm, həmrəylik və sosial məsuliyyət dəyərlərini gücləndirməkdir.

Peşəkar Psixoloqlar İctimai Birliyi bu cür sosial təşəbbüslərdə iştirak etməklə ictimai həmrəyliyin və humanitar dəyərlərin təşviqinə töhfə verir.

Oxşar xəbərlər