09/11/2026

Gəncə 1 saylı Mediasiya Təşkilatı ilə Peşəkar Psixoloqlar İctimai Birliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb


Gəncə 1 saylı Mediasiya Təşkilatı ilə Peşəkar Psixoloqlar İctimai Birliyi arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və birgə fəaliyyətin genişləndirilməsi məqsədilə Əməkdaşlıq Memorandumu imzalanıb.Memorandum Gəncə 1 saylı Mediasiya Təşkilatının təsisçisi və rəhbəri Məmmədova Südabə Oqtay qızı və Peşəkar Psixoloqlar İctimai Birliyinin sədri psixoloq Səbinə İsmayılova tərəfindən imzalanıb.
Əməkdaşlığın əsas istiqamətləri mediasiya və psixologiya sahələrinin qarşılıqlı əlaqəsinin gücləndirilməsi, mübahisələrin həllində psixoloji yanaşmaların tətbiqi, ailə münasibətlərinin sağlamlaşdırılması, psixoloji maarifləndirmə tədbirlərinin təşkili və müvafiq sahələr üzrə təcrübə mübadiləsinin aparılmasını əhatə edir.Memorandum çərçivəsində tərəflərin birgə təlimlər, seminarlar, maarifləndirici görüşlər və digər sosial əhəmiyyətli tədbirlər həyata keçirməsi nəzərdə tutulur.İmzalanan memorandumun mediasiya və psixoloji xidmətlər sahəsində əməkdaşlığın genişlənməsinə, vətəndaşların hüquqi və psixoloji maarifləndirilməsinə, eləcə də ailə və sosial münasibətlərin sağlamlaşdırılmasına töhfə verəcəyi gözlənilir.

Oxşar xəbərlər