25/11/2026

Peşəkar Psixoloqlar İctimai Birliyinin psixoloqları Sabirabadda seminar keçirib

14 may 2024-cü il tarixində “Sabirabad Gənclər evi” Sosial Xidmət Müəssisəsində gənclər üçün “Valideyn-övlad münasibətləri” mövzusunda psixoloji seminar keçirilib.Seminar “Peşəkar Psixoloqlar” İctimai Birliyinin təşkilatçılığı ilə birliyin psixoloqu Zümrüd Haqverdiyeva və sədri Səbinə İsmayılovanın təqdimatında baş tutub.
Seminar zamanı valideyn və övlad arasında sağlam ünsiyyətin qurulması, qarşılıqlı anlaşma, ailədaxili münasibətlərdə emosional dəstəyin əhəmiyyəti, yeniyetməlik dövrünün psixoloji xüsusiyyətləri və valideynlərin bu mərhələdə üzərinə düşən vəzifələr barədə ətraflı məlumat verilib.İştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparıb, onları maraqlandıran sualları psixoloqlara ünvanlayıblar. Praktiki tövsiyələr və psixoloji yanaşmalar seminarın əsas istiqamətlərindən olub.
Qeyd edək ki, Peşəkar Psixoloqlar İctimai Birliyi gənclərin psixoloji maarifləndirilməsi, ailə münasibətlərinin sağlamlaşdırılması və psixoloji biliklərin genişləndirilməsi istiqamətində maarifləndirici tədbirlər həyata keçirir.

Oxşar xəbərlər