09/11/2026

Bakı Şəhər Baş Polis İdarəsi və Peşəkar Psixoloqlar İctimai Birliyi 106 nömrəli tam məktəbdə antinarkotik maarifləndirmə tədbiri keçirib

28 aprel 2026-cı il tarixində Bakı şəhəri Qaradağ rayonunda yerləşən 106 nömrəli tam orta məktəbdə şagirdlər arasında antinarkotik təbliğatın gücləndirilməsi məqsədilə maarifləndirici tədbir keçirilib.
Tədbir Bakı Şəhər Baş Polis İdarəsinin və Peşəkar Psixoloqlar İctimai Birliyinin iştirakı ilə təşkil olunub.
Maarifləndirmə tədbirində Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Bölməsinin rəisi, polis polkovniki İbrahim İsmayılov və Peşəkar Psixoloqlar İctimai Birliyinin klinik psixoloqu Leyla Mehdi iştirak ediblər.Tədbir zamanı şagirdlərə narkotik vasitələrin insan sağlamlığına, psixoloji vəziyyətinə və sosial həyatına mənfi təsirləri, narkomaniyanın yaratdığı təhlükələr və bu zərərli vərdişdən qorunma yolları barədə ətraflı məlumat verilib.
Klinik psixoloq Leyla Mehdi narkotik asılılığının psixoloji aspektləri, yeniyetmələrin riskli davranışlardan qorunması, düzgün qərarvermə və sağlam həyat tərzinin əhəmiyyəti barədə çıxış edib.Polis polkovniki İbrahim İsmayılov isə narkotik vasitələrin qanunsuz dövriyyəsi, hüquqi məsuliyyət və yeniyetmələr arasında antinarkotik profilaktikanın vacibliyi haqqında məlumat verib.Şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb və interaktiv müzakirələr aparılıb.
Qeyd edək ki, Peşəkar Psixoloqlar İctimai Birliyi yeniyetmə və gənclərin psixoloji sağlamlığının qorunması, zərərli vərdişlərin qarşısının alınması və sağlam həyat tərzinin təşviqi istiqamətində maarifləndirmə fəaliyyətlərini davam etdirir.

Oxşar xəbərlər