09/11/2026

Bakı Şəhər Baş Polis İdarəsi və Peşəkar Psixoloqlar İctimai Birliyi 168 nömrəli məktəb-lisey kompleksində maarifləndirici tədbir keçirib


22 aprel 2026-cı il tarixində Bakı Şəhər Baş Polis İdarəsinin və Peşəkar Psixoloqlar İctimai Birliyinin birgə təşkilatçılığı ilə Nərimanov rayonu ərazisində yerləşən 168 nömrəli məktəb-lisey kompleksində “Narkomaniyaya və erkən nikaha yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Binəqədi Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Bölməsinin rəisi, polis kapitanı Orxan Məmmədli və Peşəkar Psixoloqlar İctimai Birliyinin klinik psixoloqu Aynur Mahmudova qonaq qismində iştirak ediblər.Görüş zamanı narkomaniyanın insan sağlamlığına və gələcəyinə mənfi təsirləri, erkən nikahın hüquqi, sosial və psixoloji fəsadları, eləcə də bu halların qarşısının alınmasında maarifləndirmənin əhəmiyyəti diqqətə çatdırılıb.Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin zərərli vərdişlər və sosial risklər barədə məlumatlılığını artırmaq, onların sağlam həyat tərzi və düzgün qərarvermə ilə bağlı biliklərini gücləndirmək olub.
Peşəkar Psixoloqlar İctimai Birliyi yeniyetmələr arasında psixoloji maarifləndirmə və profilaktik tədbirlərin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Oxşar xəbərlər