Bir televizor, bir gün, üç fərqli an.
Qonaqlar gələndə ekran otağın bəzəyinə çevrilir.
Konsolda oyun oynayanda hər hərəkət hamar və aydın olur. Film başlayanda isə otaq kinoteatra çevrilir: qara tam qara olur, rənglər canlı və təmiz görünür. Samsung OLED bu rolları bir cihazda birləşdirir, çünki hər piksel özü işıq yaradır. Əsas suallara cavab verdik.
OLED nədir və adi televizordan nə ilə fərqlənir?
OLED-də hər piksel özü işıq yaradır. Adi LED televizorlarda isə piksellər arxadan işıqlandırılır, yəni işıq bütün ekrana ümumi şəkildə verilir. OLED-də arxa işıqlandırma yoxdur, hər piksel ayrıca idarə olunur. Bütün digər üstünlüklər bu fərqdən gəlir.
Mütləq qara nə deməkdir?
Qaranlıq kadrda piksel tamamilə sönür və o hissədə işıq qalmır. Bu, mütləq qara rəngi verir. Kosmos filmlərində ulduzlar həqiqətən qaranlıq fonda parlayır, gecə səhnələrində isə qara boz görünmür.
QD-OLED rəngləri necə dəyişir?
Samsung OLED televizoru kvant nöqtələri (Quantum Dot) ilə gücləndirilmiş QD-OLED panel istifadə edir. Bu, rəngləri daha zəngin və parlaq göstərir, xüsusilə də parlaq səhnələrdə rəng itmir. Hər piksel özü işıq yaratdığı üçün rənglər qara fonda daha dolğun və təmiz görünür, nəticədə şəkil həm canlı, həm də təbii qalır.
OLED HDR+ nədir və görüntünü necə dəyişir?
OLED HDR+ ekranın parlaq hissələrini daha işıqlı göstərən texnologiyadır. OLED-də hər piksel ayrıca idarə olunduğu üçün parlaq obyekt yanında dərin qara qala bilir. HDR+ bu fərqi gücləndirir: günəş şüası, partlayış, şəhər işıqları və alov daha parlaq və qabarıq görünür, qaranlıq hissələr isə qara qalır. Nəticədə kadr daha dərin, kontrastlı və real görünür.
Gündüz işığında ekranda əks qalırmı?
Xeyr, Samsung OLED-də bu problemi Glare Free texnologiyası həll edir. Bu xüsusi anti-əks örtüyü ekrana düşən işığın əksini azaldır, ona görə gündüz saatlarında, pərdələr açıq otaqda da görüntü aydın və təmiz qalır. Nəticədə film, oyun və ya idman yayımı üçün otağı qaraldıb pərdələri bağlamağa ehtiyac qalmır.
Köhnə filmlər və aşağı keyfiyyətli yayımlar necə görünür?
Hər film 4K-da yayımlanmır. NQ4 AI Gen3 prosessoru 4K AI Upscaling Pro ilə aşağı keyfiyyətli görüntünü 4K-ya uyğunlaşdırır, detalları və rəngləri yaxşılaşdırır.

Ultimate Gaming Pack nədir?
Bu, Samsung-un oyunçular üçün hazırladığı funksiyalar paketidir. Tərkibində üç texnologiya var: Motion Xcelerator 165 Hz hərəkəti daha hamar və aydın göstərir, NVIDIA G-SYNC uyğunluğu və AMD FreeSync Premium Pro ekranın yenilənməsini oyunun kadr sürəti ilə sinxronlaşdırır.
Nəticədə oyun daha hamar və rahat görünür. OLED-in sürətli piksel cavabı və mütləq qara ilə birlikdə qaranlıq oyun səhnələri də daha detallı görünür.
Səs necə olur?
Model Dolby Atmos-u dəstəkləyir, yəni səs təkcə qarşıdan deyil, məkanın içindən gəlir. Object Tracking Sound+ səsi ekrandakı hərəkətə uyğunlaşdırır: maşın soldan sağa keçəndə səs də onunla birlikdə hərəkət edir.
FloatLayer dizayn nə deməkdir?
FloatLayer yeni dizayn konsepsiyasıdır. Metal çərçivəsi və incə konstruksiyası sayəsində televizor divara düz yapışır və sanki havada asılıb qalır. Bu, ona çərçivəyə salınmış əsər kimi görünüş verir. Kabel qarışıqlığı olmasın deyə Wireless One Connect Box dəstəyi də var.
Samsung Art Store nədir?
Art Store dünyaca məşhur rəssamların və muzeylərin əsərlərini televizorda göstərməyə imkan verir. S95H bu imkanı ilk dəfə OLED seriyasına gətirən modeldir. Kolleksiyada 500+ əsər var. Beləliklə, film və ya oyun bitəndə televizor qara ekrana çevrilmir, otağın incəsənət əsərinə çevrilir.

Texniki xüsusiyyətlər:
- Ekran: 4K, QD-OLED, 55-83 düym
- Prosessor: NQ4 AI Gen3, Vision AI
- HDR: OLED HDR+
- Tezlik: 100-165 Hz, Motion Xcelerator
- Əməliyyat sistemi: Tizen, One UI Tizen
- Oyun: Ultimate Gaming Pack (NVIDIA G-SYNC, AMD FreeSync Premium Pro)
- Ekran örtüyü: Glare Free
- Səs: Dolby Atmos, Object Tracking Sound+
- Dizayn: FloatLayer, Wireless One Connect Box
- İncəsənət və fərdiləşdirmə: Samsung Art Store (500+ əsər), Generative Wallpaper
- Smart ev və qoşulma: SmartThings dəstəyi
- Təhlükəsizlik və yeniləmə: Samsung Knox təhlükəsizlik platforması, 7 ilədək proqram yeniləmələri
Haradan almaq olar?
Samsung-un Azərbaycandakı seçilmiş rəsmi partnyor mağazalarından və onların onlayn platformalarından əldə edə bilərsiniz:
- Kontakt Home – https://kontakt.az/televizor-samsung-oled-qe55s85haexpy
- Baku Electronics – https://bakuelectronics.az/mehsul/tv-samsung-qe55s85haexpy-232353
