13/11/2026

“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib

Azərbaycanda müxtəlif sahələrdə uğur qazanan şəxslərin, tanınmış simaların, şirkətlərin və qurumların fəaliyyətinin geniş ictimaiyyətə tanıdılmasını hədəfləyən “GƏNCƏVİ” jurnalının təqdimat mərasimi 14 mart 2027-ci il tarixində keçiriləcək.

Jurnalın əsas məqsədi ictimai, siyasi, sosial, iqtisadi, mədəniyyət, təhsil, səhiyyə, idman, incəsənət və digər sahələrdə nümunəvi fəaliyyəti ilə seçilən şəxsləri və təşkilatları geniş auditoriyaya təqdim etməkdir.

Nəşrdə ictimai xadimlər, dövlət qurumlarının və özəl təşkilatların nümayəndələri, iş adamları, sahibkarlar, tanınmış sənət adamları, müğənnilər, idmançılar, media nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən peşəkarlar haqqında yazılar, müsahibələr və təqdimatlar yer alacaq. Eyni zamanda, ictimai və sosial layihələr, fərdi təşəbbüslər, uğurlu fəaliyyət nümunələri və cəmiyyət üçün əhəmiyyətli təşəbbüslər işıqlandırılacaq.

“GƏNCƏVİ” jurnalının yayım və tanıtım imkanları da geniş nəzərdə tutulub. Jurnalda dərc olunan materialların müxtəlif xəbər və informasiya resurslarında yayımlanması, jurnal haqqında televiziya süjetinin hazırlanaraq efirlərə veriləcək.

Bununla yanaşı, jurnal dövlət və özəl qurumlara xüsusi göndəriləcəkdir. Azərbaycanın müxtəlif bölgələrində ödənişsiz şəkildə yayılması nəzərdə tutulur. Təqdimat zamanı nəşr olunan hər bir qurum və iştirakçıya jurnalın bir nüsxəsi və xüsusi mükafat təqdim ediləcək.

Jurnalın fəaliyyət xəttində müxtəlif sahələrdə fərqlənən şəxslərin və qurumların fəaliyyətinin tanıdılması, onların nailiyyətlərinin ictimaiyyətə çatdırılması və uğurlu təşəbbüslərin təşviq edilməsidir.

Qeyd edək ki, “GƏNCƏVİ” jurnalının təsisçisi ictimai xadim, iş adamı Elşən Gəncəvidir.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu iqtisadçı, ictimai xadim və iş adamı olaraq fəaliyyət göstərir.

Elşən Gəncəvi “Ganjavi Holding”in prezidenti, “Najafsoy Group”un direktoru, “Ganjavi Media”nın, “Strateji.az” informasiya və “Siyasi.az” xəbər portallarının baş redaktoru, Demokratik İslahatlar Partiyasının redaksiya komissiyasının üzvüdür.

“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyinin maliyyə meneceri, “PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, “Public” və “Gəncəvi” jurnallarının təsisçisi, “ŞƏFQƏT” Kimsəsiz və Əlil Uşaqlara Yardım ictimai birliyində İctimai və sosial şuranın rəhbəri kimi fəaliyyətlər göstərib.

Müxtəlif sahələrdə peşəkar xidmətləri özündə birləşdirən “Ganjavi Holding”, “Najafsoy Group”, “Ganjavi Media” və “ELSHAN GANJAVI” şirkətlər fəaliyyətində maliyyə və mühasibatlıq, analitik təhlil və strateji maliyyə planlanması, yeni biznesin qurulması və idarəolunması, alternativ təhsil və təlimlər üzrə, layihələrin hazırlanması, kuryer və poçt, media üzərindən reklam xidmətləri, eləcə də hüquqi və inzibati xidmətlər, İT və ən səmərəli səyahət və səfərin təşkili xidmətlərini təqdim edir. Şirkətlər eləcə də informasiya sferası üzrə fəaliyyətini genişləndirir. Belə ki, iqtisadi, ictimai və sosial informasiyaların işıqlandırılmasına və analitik mövzulara yer verilir.

Elşən Gəncəvi “Oxu-magiya” kitabının müəllifidir. Müxtəlif media qurumlarında iqtisadi, ictimai və sosial mövzularda müəllif yazıları ilə çıxış edir.

Elşən Gəncəvi Gəncə şəhəri, K.D.Uşiniski adına 29 nömrəli tam orta məktəbin məzunu olub. Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya Respublikası Timişoara Qərb Universitetinin “Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 1 sentyabr 2024-ci il tarixində keçirilən 7-ci çağırış Milli Məclisə seçkilərdə 39 saylı Gəncə ikinci seçki dairəsində namizəd olub.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 9 fevral 2020-ci il tarixində keçirilən 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 1 noyabr 2015-ci il tarixində keçirilən 5-ci çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli, beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub. İctimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb.

Tükiyənin İstanbul şəhərində “Altın Melek Ödülleri 2021” layihəsində “YILIN EN BAŞARILI İŞ ADAMI”, “Turkey Exclusive Awards 2022” layihəsində “AZERBAYCANIN BAŞARILI İŞ ADAMI” və “Altın Melek Ödülleri 2025” layihəsində “YILIN ULUSLARARASI EN BAŞARILI İŞ ADAMI” beynəlxalq nominasiyalar üzrə mükafatlandırılıb.

Azərbaycanın Gəncə şəhərində “Gəncəvi Milli Mukafatı 2025” layihəsində “İŞ ADAMI” milli nominant üzrə mukafatlandırılıb.

Oxşar xəbərlər