Noyabrın 13-ü saat 23 radələrində Füzulinin Böyük Bəhmənli kəndində rayon sakinləri Seymur İsmayılovun idarə etdiyi “Opel” və Mustafa Musayevin idarə etdiyi “VAZ-2104” markalı avtomobillər toqquşub.
İctimai.az xəbər verir ki, bu barədə Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Qəzada ölən, “Opel” markalı avtomobilin sürücüsü, 1987-ci il təvəllüdlü Seymur İsmayılov, 2009-cü il təvəllüdlü Turan Əsgərov və 2009-cu il təvəllüdlü Əhəd Heydərzadədir.
S.İsmayılov riyaziyyat müəllimi olub. O, Füzuli rayon Mirzə Uluqbəy adına tam orta məktəbin riyaziyyat müəllimi çalışırdı. Həmçinin T.Əsgərov və Ə.Heydərzadədə sözügedən məktəbin 11-ci sinif şagirdləri olublar. Məktəbin digər iki şagirdi isə xəsarət alıb. Onların hamısı Füzuli rayon sakinləridir və toy mərasimindən qayıtdıqları bildirilir.

