17/11/2026

Beyləqanda Yeni Azərbaycan Partiyasının yaradılmasının 34 illiynə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı keçirilib

17 noyabr 2026-cı il tarixdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının təşkilatçılığı ilə Beyləqan Olimpiya-İdman Kompleksində Yeni Azərbaycan Partiyasının yaradılmasının 34 illiynə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı keçirildi.

Yarışda rayonun idarə, müəssisə və təşkilatlarından ibarət 8 komanda iştirak etdi.
Tədbirdə Dövlət Himni səsləndirildikdən sonra YAP-ın qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov çıxış edərək bildirdi ki, Ölkəmizin  ictimai – siyasi həyatında aparıcı rol oynayan, yarandığı gündən xalqın partiyasına çevrilən  Ulu Öndərimiz Heydər Əliyevin  banisi olduğu Yeni Azərbaycan Partiyasının yaradılmasının 34 illiyi çox mühüm bir ərəfədə Zəfər günümüzün altıncı ilinin sevincini yaşadığımız dövrdə qeyd edirik. Məhz bu baxımdan da, bu gün Azərbaycanın son illərdə  qazandığı böyük naliyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin sədr olduğu Yeni Azərbaycan Partiyasının  fəaliyyət ilə bilavasitə bağlıdır.

İcazə verin Sizi və Sizin  timsalınızda bütün Azərbaycan xalqını Yeni Azərbaycan Partiyasının yaradılmasının 34 illiyi  münasibətilə ürəkdən təbrik edim və ən xoş arzularımı çatdırım.

Ölkəmizin siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılması və təşəkkül tapması milli tariximizdə görkəmli yer tutan Ulu Öndər Heydər Əliyevin şərəfli adı ilə bağlıdır.

Yeni Azərbaycan Partiyasının 34 illik tarixi Azərbaycanın dövlət müstəqilliyinin inkişafı tarixidir. 21 noyabr 1992-ci il müasir Azərbaycan tarixinə yazılan unudulmaz tarixi bir gündür. Həmin gün yenicə dövlət müstəqilliyini qazanmış və böyük faciələrlə üzləşmiş Azərbaycan Respublikasının məhv olmaqdan xilasının  əsası qoyulub. Ümummilli Lider Heydər Əliyev ideyalarının qurucusu və davamçısı Prezident İlham  Əliyevin  sayəsində Azərbaycan regionun  lider dövlətinə, dünyanın sabit və  sürətlə inkişaf edən ölkələrindən  birinə çevrilib. Bu uğurların əsasında xalqa xidmət etmək məharəti dayanır. Azərbaycan vətəndaşları dərindən inanır ki, bundan sonrada uzun illər Azərbaycanın uğurları Yeni Azərbaycan Partiyasının  uğurları ilə bağlı olacaqdır. Bunu deməyə əsas verən  vətəndaşların Prezident İlham Əliyevə dərin inamıdır.

Rayon təşkilatının sədri Müşfiq Səfərov keçirilən bu yarışın əhəmiyyətini qeyd edərək, gənclərin yüksək intellektə və biliyə sahib olduğunu diqqətə çatdırdı, komandalara uğurlar arzu edərək yarışa start verildi.

Beyləqan rayon Gənclər Evi Sosial Xidmət Müəssisəsinin texniki dəstək göstərdiyi yarışda 20 sual, hər sualın cavablandırılmasına isə 1 dəqiqə vaxt verildi. Suallar əsasən gənclərin dünya görüşü və YAP-nın yaranma tarixi ilə bağlı idi. Olduqca gərgin və maraqlı keçən bilik yarışında 8 komandadan 40 nəfərin iştirak etdiyi bu yarışda I yerə “Statistika” komandası, II yerə “İcra Hakimiyyəti” komandası, III yerə isə “Təhsil” komandası layiq görüldü. Qalib komandalar diplom və qiymətli hədiyyələrlə mükafatlandırıldı. Digər komandalar isə fəal iştiraklarına görə diplomlarla təltif edildilər.

Tədbir Yeni Azərbaycan Partiyasının Himni səsləndirildikdən sonra başa çatdı.

Oxşar xəbərlər