“Xankəndi” klubu yenilənmiş stadionda ilk ev oyununa çıxır.
İctimai.az xəbər verir ki, bu gün Azərbaycan I Liqasının VIII turunda “Xankəndi” klubu “Karvan-Yevlax”la qarşılaşacaq.
Saat 16:00-da başlayacaq görüş əsaslı yenidənqurmadan sonra istifadəyə verilən Xankəndi şəhər stadionunda keçiriləcək ilk futbol matçı olacaq.
Qarşılaşmadan əvvəl azarkeşlər üçün konsert proqramı təşkil ediləcək.
Qeyd edək ki, Xankəndi şəhər stadionu noyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.

