Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatı, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyi, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Lider MƏN” İnkişaf Akademiyası layihəsinin açılış mərasimi və ilk təlimi baş tutub.
Açılış mərasimində Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov, “Loqos” Psixoloji və Nitq Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri Təranə Paşayeva çıxış edərək layihə iştirakçılarına uğurlar arzu edib, layihənin əhəmiyyəti və gənclərin iştirakı barədə öz fikirlərini bölüşüb.
Daha sonra təlimçi Rəşad Bayramovun təqdimatında “effektiv planlama və zamanın idarəolunması” mövzusunda ilk təlim keçirilib.
Qeyd edək ki, layihədə Nəsimi rayonu ərazisində yerləşən müxtəlif ali təhsil müəssisələrinin tələbələri iştirak edir. Layihə mart – aprel ayları ərzində keçiriləcəkdir.

