30.03.2022-ci il tarixində “Loqos” Psixoloji və Nitq Mərkəzi, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə “Jurnalistika və yazı mədəniyyəti” mövzusunda təlim həyata keçirilib.
Təlimin əsas məqsədi gənc psixoloqları şifahi nitqlə yanaşı yazı sahəsində də inkişaf etdirmək, gələcəkdə psixoloq olaraq sahələri üzrə məqalə və yazıları dərc etdirmək üçün təkan yaratmaqdır.
Təlimi “Loqos”un İctimaiyyətlə əlaqələr və sənədlər şöbəsinin rəhbəri, “ Gələcəksən” İnkişaf proqramının təsisçisi, jurnalist, təlimçi Rəşad Bayramov tərəfindən keçirilib.
Təlim interaktiv komanda işləri və müzakirələrlə yadda qaldı.

