Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
İctimai.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,79 dollar və ya 0,81% artaraq 98,41 ABŞ dolları olub.
Qeyd edək ki, ötən gün neftimiz 97,62 ABŞ dollarına ticarət edilib.

