20/11/2026

Bakıda “Mercedes-Benz”in yeni modelləri təqdim olundu – FOTOLAR

“Mercedes-Benz”in Azərbaycandakı rəsmi dileri “Abşeron Avtomobil Mərkəzi” MMC-nin salonunda markanın yeni GLE, “GLE Coupé” və GLS modellərinin təqdimatı keçirilib.

“Mercedes-Benz”in 140 illik innovasiya irsinə həsr olunan tədbirdə şirkət nümayəndələri, media təmsilçiləri və dəvətli qonaqlar iştirak ediblər.

Tədbirin açılışında “Mercedes-Benz AG”nin Azərbaycandaki rəsmi distributoru “Avtokapital-Azərbaycan” MMC-nin baş müdiri Orxan Hacıyev qonaqları salamlayaraq markanın innovasiya və inkişaf fəlsəfəsindən bəhs edib.

“3 Ulduz. 3 Rəng. 3 Sirr.” konsepsiyası əsasında təşkil olunan təqdimatda üç model fərqli rənglər və xarakterlər vasitəsilə nümayiş etdirilib: liderlik və zərifliyi təcəssüm etdirən Platinum rəngində GLS, güc və balansın simvolu “Deep Blue” rəngində GLE, dinamika və emosiyanı ifadə edən “Deep Red” rəngində isə “GLE Coupé”.

Yeni modellər yenilənmiş eksteryer dizaynı, müasir rəqəmsal texnologiyaları, təkmilləşdirilmiş MBUX multimedia sistemi və yüksək komfort imkanları ilə diqqət çəkib.

Artıq yeni “Mercedes-Benz” GLS, GLE və “GLE Coupé” modelləri Abşeron Avtomobil Mərkəzinin salonunda nümayiş olunur. Avtomobil həvəskarları modellərlə yaxından tanış ola və onların yeniliklərini kəşf edə bilərlər.

Heydər Əliyev pr., 191
*8885

“Mercedes-Benz” — 140 illik innovasiya irsi və gələcəyin avtomobil dünyası.

Oxşar xəbərlər