25/11/2026

” Heydər Əliyev və Azərbaycan İqtisadiyyatının İnkişafı ” mövzusunda konfransı keçirildi

ASQİB-nin Ulu Öndər Heydər Əliyevin 101-ci il dönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan İqtisadiyyatının İnkişafı ” mövzusunda konfransı keçirildi.

Konfransda millət vəkilləri Ziyad Səmədzadə, Jalə Əhmədova, Pərvin Kərimzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komissiyasının sədr müavini Sədaqət Qəhrəmanova, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zenfira Agayeva və digər rəsmi şəxslər Ümummilli liderin ictimai – siyasi fəaliyyətindən, iqtisadiyyatın və elece də digər sahələrin inkişafındakı əvəzolunmaz xidmətlərindən danışdılar.

Dünyada tanınmış dahi şəxsiyyət Heydər Əliyevin xatirəsi heç zaman unudulmayacaq!

Oxşar xəbərlər