Artıq bir ildən çoxdur ki, Yelo Bank Azərbaycan Badminton Federasiyası ilə imzaladığı memorandum çərçivəsində xüsusi qayğıya ehtiyacı olan gənclərin badminton məşqlərinə ev sahibliyi edir. Bankın baş ofisində peşəkar idmançıların hazırlığı üçün nəzərdə tutulmuş geniş idman zalı və fitnes otağı gənclərin rahat şəraitdə məşq etməsinə imkan yaradır. Bu əməkdaşlıq artıq beynəlxalq arenada da ilk bəhrəsini verib!
Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Xüsusi Olimpiya Avropa Badminton Turniri – Bakı 2026” keçirilib. 18 ölkənin iştirak etdiyi turnirdə Azərbaycan yığması ümumi medal sayına görə birinci yeri tutub. Bu uğurda Yelo Bank-da hazırlaşan gənclərin də payı var.
✉Vacib xəbərləri ilk sən oxu!Banker.az-ın WhatsApp kanalına qoşul.Qoşul →
- Adilə Rəsulova – fərdi yarışda gümüş, qoşa yarışda bürünc medal
- Yusif Bağırov – birləşmiş qoşa yarışda gümüş, fərdi yarışda bürünc medal
- Əli Əsədov – fərdi yarışda gümüş, qoşa yarışda bürünc medal
- Rafiq Həsənzadə – fərdi və qoşa yarışlarda bürünc medal
- Ülvi Musayev – fərdi yarışda bürünc medal, qoşa yarışda 4-cü yer
- Maksim Maliqin – fərdi və qoşa yarışlarda 4-cü yer
Badminton xüsusi qayğıya ehtiyacı olan gənclərin rahatlıqla məşğul ola bildiyi idman növlərindən biridir. Bankda keçirilən məşqlər gənclərin fiziki inkişafına kömək edir, özlərinə inamlarını artırır və ictimai həyatda daha fəal iştirak etmələrinə şərait yaradır.
Layihə Yelo Bank-ın korporativ sosial məsuliyyət (KSM) fəaliyyətinin tərkib hissəsidir. Bank idmançıları və onların məşqçilərini təbrik edir, gənclərə yeni uğurlar arzulayır!
Tecili kredit axtarırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!





