27/11/2026

Horadiz-Ağbənd dəmiryol xəttində beş körpü tikilib 

Horadiz-Ağbənd dəmiryol xəttinin qurulması istiqamətində işlər davam etdirilir.

İctimai.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.

Bildirilib ki, Zəngəzur dəhlizinə birləşəcək strateji əhəmiyyətli dəmir yolu xətti boyunca tikinti işləri sürətlə irəliləyir.

Hazırda layihə çərçivəsində tunellərin, qalereyaların və digər mühəndis qurğularının inşası aparılır.

Oxşar xəbərlər