Pakistanın Baş naziri Şahbaz Şərif Çinin “Tianqun” kosmik stansiyasında missiyada iştirak edən pakistanlı astronavt Məhəmməd Zeşan Əli ilə telefonla danışıb.
İctimai.az xəbər verir ki, noyabrın 28-də baş tutan danışıq Pakistan Televiziyasının (PTV) efirində canlı yayımlanıb.
Söhbət zamanı Şahbaz Şərif astronavtı təbrik edib, onun kosmik missiyası və stansiyadakı fəaliyyəti ilə maraqlanıb.
Bu hadisə Pakistanın kosmik tədqiqatlar sahəsində mühüm addımı və Çinlə elmi-texnoloji əməkdaşlığının nəticəsi kimi qiymətləndirilir.
İki ölkə arasında əməkdaşlıq çərçivəsində pakistanlı mütəxəssislər astronavt hazırlığı keçir və pilotlu kosmik uçuş proqramlarında iştirak etmək imkanı əldə edirlər.

