31 yanvar 2021-ci il tarixində Cəbrayıl rayonundan olan bir qrup qazilər Hökməli qəsəbəsində Şəhid Cəfərov Balaş Namiq oğlunun qəbrini ziyarət edib.
Şəhidin məzarına əklil qoyulub, ruhuna dualar oxunub, şəhidin yaxınlarına baş sağlığı verilib.
Qeyd edək ki, Cəbrayıl qaziləri həm müharibə zamanı, həm də müharibədən sonra şəhid və qazi ailələri ilə görüşüb, şəhidlərin mütəmadi məzarlarını ziyarət ediblər.
İctimai.az

