“Qalib Ölkənin Gəncləri” adlı onlayn tədbir keçririlib

29 yanvar  2021-ci il tarixdə saat 11:00-da Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi Gənclər Evinin birgə təşkilatçılığı ilə 02 Fevral – “Azərbaycan Gəncləri Günü” münasibətilə  “Qalib Ölkənin Gəncləri” adlı onlayn tədbir keçirilmişdir.

Tədbirdən öncə toplantı iştirakçılarının bir qurupu Vətən müharibəsi şəhidlərinin II Fəxri Xiyabandakı məzarları ziyarət olundu, xatirələri ehtiramla yad edilərək, məzarları önünə gül dəstələri qoyulmuşdur.

Toplantıda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi rayon Gənclər Evinin direktoru Ələkbər Mustafayev, “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri Təranə Paşayeva,  II Qarabağ Müharibəsi Qazisi Ruslan Şıxıyev, Xaricdə təhsil alan və rayonun ictimai-siyasi tədbirlərində fəal gənclər iştirak etmişdir.

Toplantını giriş sözü ilə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev açaraq iştirakçıları salamlayaraq Vətən müharibəsində ölkəmizin azadlığı və müstəqilliyi yolunda canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Namiq Tarverdiyev ölkəmizin zəfər çaldığı bu günlərdə  02 Fevral – “Azərbaycan Gəncləri Günü”nün  tarixi önəmindən söz açdı.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxış edərək dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışaraq möhtərəm prezident cənab İlham Əliyevə və torpaqlarımızın azadlığı, müstəqilliyi yolunda şəhid olmuş və yaralanmış Vətənin igid  oğullarına öz təşəkkürünü bildirdi.

Sonra Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək bildirdi ki, Azərbaycanda 2 fevralın “Gənclər günü” kimi 25 ildir ki hər il möhtəşəm şəkildə qeyd olunması, Azərbaycan gəncliyinin bayram günü, pandemiya şəraitinin gətirdiyi çətinliklərə baxmayaraq yenə böyük ruh yüksəkliyi ilə təşkil olunur. Raqif Abbasov Bütöv Azərbaycanın xoşbəxt gəncləri adından ölkə rəhbəri, Ali Baş Komandan, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə həyata keçirdiyi uzaqgörən siyasətə görə öz minnətdarlığını bildirdi. Vətənimizin parlaq gələcəyi naminə  gənclərə öz işlərində uğurlar arzuladı.

Toplantıda Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi rayon Gənclər Evinin direktoru Ələkbər Mustafayev, “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri Təranə Paşayeva,  II Qarabağ Müharibəsi Qazisi Ruslan Şıxıyev və Ankara Dövlət Universitetinin tələbəsi Cəlal Həsənli çıxış edərək, ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətlərindən və Azərbaycan gənclərinin cəmiyyətin inkişafındakı rolundan danışdılar.

Sonda rayonun gənclər siyasəti, ictimai,sosial və mədəni həyatında xüsusi fərqlənən bir sıra istedadlı gənclər mükafatlandırıldı.

Oxşar xəbərlər