Bakının Nizami rayonunun Özbəkistan küçəsində yerləşən yaşayış binalarından birində maraqlı hadisə yaşanıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, bir qadın yaşayış binasının üçüncü mərtəbəsindən ev əşyalarını atmağa başlayıb.
Hadisə şahidlərinin dediyinə görə, qadın qızıl-zinət əşyalarını, qab-qacaq, ütü kimi ev əşyalarını yola atıb.
Qadının hərəkətinin dəqiq səbəbi bilinmir. Ancaq hadisəyə məişət zəminində ailə daxili problemin səbəb olduğu güman edilir.

