İlham Əliyev Vladimir Putinlə Qarabağ məsələsini müzakirə edibbackend

Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyası Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatına uyğun olaraq, Qarabağ ətrafında sabitləşməkdə olan vəziyyətin müzakirəsinin davam etdirilməsi təklif olunub. Bölgədə sülhün və təhlükəsizliyin təmin olunması, həmçinin sosial-iqtisadi inkişaf və nəqliyyat kommunikasiyalarının bərpası kimi məsələlər nəzərdən keçirilib. Bununla yanaşı, aprelin 7-də Moskvada baş tutan Rusiya-Ermənistan danışıqlarının nəticələri də nəzərə alınıb”, -deyə Kremldən yayılan məlumatda bildirilib.