AB Çinin Qərb texnologiyasını əldə etməməsi üçün yeni nəzarət üsullarını araşdırırbackend

Aİ indi Çinin və digər rəqiblərin qabaqcıl Qərb texnologiyasını əldə etmək imkanlarını məhdudlaşdırmaq üçün yeni nəzarət üsullarını araşdırır.

Bu barədə “Financial Times” AK-nin icraçı vitse-prezidenti Valdis Dombrovskisə istinadən məlumat yayıb.

Dombrovskisin izah etdiyi kimi, şirkətlərin həssas texnologiyaların ixracına qoyulan məhdudiyyətlərdən yan keçməsinin qarşısını almaq üçün yeni tədbirlər tələb olunur.

Söhbət istehsalın başqa yerlərə köçürülməsindən gedir. FT-nin məlumatına görə, Vaşinqtonun müttəfiqlərinə təzyiqi ilə bağlı yeni tədbirlər görülə bilər. Dombrovskis əlavə etdi: “Xarici investisiyalara nəzarət ixrac nəzarətinin əks tərəfidir”.

Mənbə: BBC.com

İctimai.az